Anam deyir ki, "petruşka" kimi geyinmə - Samir

13:33 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Samir Bağırov verdiyi səmimi etiraflarla diqqət çəkib. Sənətçi  AStar TV-yə ailəsi, valideynləri ilə münasibətlərindən danışaraq uzun illərdir anasını görmədiyini bildirib. Samir Bağırov qeyd edib ki, istifadə etdiyi "Bağırov" soyadı ata nənəsindən gəlir və əsl ata soyadı Minulindir. O, atasının tatar, anasının isə ukraynalı olduğunu deyib.

Hafta.az xəbər verir ki, müğənni hazırda ABŞ-da yaşayan anasını 10 ildən artıqdır görmədiyini etiraf edib.

Onun sözlərinə görə, fiziki olaraq görüşə bilməsələr də, hər gün videobağlantı vasitəsilə əlaqə saxlayırlar:

"Anam birinci fanatımdır. Hər dəfə mənə zəng edib nə geyinməli olduğumu deyir. Həmişə səliqəli və ciddi geyinməyimi istəyir, zarafatla "Petruşka kimi geyinmə" deyə məni xəbərdar edir".

Samir Bağırov valideynlərinin ayrılmasından sonra bir müddət atası ilə münasibətlərinin soyuduğunu da etiraf edib. O bildirib ki, sonradan ailədaxili münasibətlər düzəlib və hazırda atasının həyat yoldaşı ilə də normal əlaqə saxlayır.

Sənətçi bacısı haqqında da danışaraq onun Hollandiyada yaşadığını, rəssam kimi böyük uğurlar qazandığını qeyd edib. O bildirib ki, bacısı vaxtilə fortepianoda ifa edib və musiqiyə olan marağının formalaşmasında bunun da təsiri olub.

"Əvvəl musiqi oxuyurdum, sonra danışmağa başladım", - deyə Samir Bağırov uşaqlıq xatirələrindən də söz açıb.

Müğənninin ailəsi ilə bağlı səmimi etirafları sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.